...

Türkiyədə eramızdan əvvələ aid qədim tərəzi və çəkilər aşkarlanıb - FOTO

Dünya xəbərləri Materials 9 İyul 2025 15:10 (UTC +04:00)
Türkiyədə eramızdan əvvələ aid qədim tərəzi və çəkilər aşkarlanıb - FOTO
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mersin Universitetinin arxeoloqları Türkiyənin qədim Uzuncaburç şəhəri ərazisində unikal asqılı tərəzi dəsti və qədim yunan əlifbası hərfləri formasında beş dəmir çəki tapıblar. Tapıntının yaşı təxminən 1600 il olaraq qiymətləndirilir.

Trend xəbər verir ki, tədqiqatın nəticələri “Archaeology Reports Online” (ARO) dərgisində nəşr olunub.

Bilə ki, Silifke rayonundan 30 kilometr aralıda yerləşən Uzuncaburç, helenistik və Roma dövrlərinə aid yaxşı qorunmuş abidələri, məbədləri, kolonadaları, fəvvarələri və teatrı ilə tanınır. Yeni qazıntılar şəhərin əsas ticarət həyatının cəmləşdiyi güman edilən əsas küçələrindən birində aparılıb.

Məhz burada arxeoloqlar, ehtimal ki, kütləni ifadə edən hərf formasında hazırlanmış ticarət çəki dəstini aşkar ediblər.

Bu tapıntı Uzuncaburçun eramızın IV–VII əsrlərinə aid antik dövrün mühüm ticarət mərkəzi olduğunu təsdiqləyir. Çəki daşları ilə yanaşı, arxeoloqlar həmçinin sikkələr, alətlər və ticarət tikililərinin fraqmentlərini də aşkarlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti