Bakı. Trend:
Ötən həftə vəfat etmiş Hollivud ulduzu Maykl Mədsenin (Michael Madsen - ing.) rəsmi ölüm səbəbi açıqlanıb.
Trend bu barədə ABŞ KİV-ə istinadən xəbər verir.
Kventin Tarantinonun “Quduz İtlər” (Reservoir Dogs) kriminal trilleri və “Billi öldürməli” (Kill Bill) saqasında canlandırdığı obrazlarla məşhurlaşan 67 yaşlı aktyor iyulun 3-də öz evində ölmüş vəziyyətdə aşkarlanmışdı.
Mədsenin təbii səbəblərdən – spirtli içki alüdəçiliyinin təsiri ilə baş vermiş ürək çatışmazlığından öldüyü təsdiqlənib.
Qeyd edək ki, aktyor uzun illər alkoqolizmlə mübarizə aparıb. Alüdəçilikdən qurtulmaq üçün bir neçə dəfə reabilitasiya mərkəzlərində müalicə kursu keçib.