...

Serbiya və ABŞ münasibətlərinin əsasında iqtisadi əməkdaşlıq dayanmalıdır - Vuçiç

Dünya xəbərləri Materials 13 İyul 2025 03:11 (UTC +04:00)
Serbiya və ABŞ münasibətlərinin əsasında iqtisadi əməkdaşlıq dayanmalıdır - Vuçiç
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Serbiya Prezidenti Aleksandar Vuçiç Serbiya və ABŞ arasında münasibətlərin təməlini məhsuldar iqtisadi əməkdaşlığın təşkil etməli olduğunu bildirib.

Trend-in məlumatına görə, bunu Serbiya prezidenti Aleksandar Vuçiç ABŞ Dövlət Departamentinin nümayəndəsi Brendan Hanrahan ilə görüşdən sonra deyib.

"Söhbət zamanı Serbiya ilə ABŞ arasında strateji tərəfdaşlığın gücləndirilməsi və əməkdaşlığın energetika, süni intellekt kimi sahələrdə inkişaf etdirilməsi məsələlərinə xüsusi diqqət yetirdik. İqtisadi əməkdaşlıq ikitərəfli münasibətlərin əsası olmalıdır", – deyə Vuçiç sosial şəbəkədə qeyd edib.

Serbiya lideri, həmçinin ABŞ-a ölkəsinin Avropa İttifaqına inteqrasiya prosesinə verdiyi dəstəyə görə təşəkkür edib və Serbiyanın milli və dövlət maraqlarına hörmət çərçivəsində münasibətlərin yaxşılaşdırılması istiqamətində işi davam etdirməyə hazır olduğunu bildirib.

Aleksandar Vuçiç, Serbiyanın beynəlxalq hüquq normalarına riayət olunmasına və regionda sülh və sabitliyin qorunmasına sadiq qaldığını da vurğulayıb.

Xəbər lenti

Xəbər lenti