...

Polşada hərəkət nəzarətçisinin səhvi iki qatarı eyni relsə yönləndirib

Dünya xəbərləri Materials 12 İyul 2025 23:21 (UTC +04:00)
Polşada hərəkət nəzarətçisinin səhvi iki qatarı eyni relsə yönləndirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Polşanın cənub-şərqində yerləşən Raçiboviçe stansiyasında ciddi insident baş verib.

Trend-in RMF24 radiostansiyasına istinadən verdiyi məlumata görə, hərəkət nəzarətçisi iki sərnişin qatarını səhvən eyni rels xətti üzrə istiqamətləndirib.

Dəmir yolu şirkətinin nümayəndəsi bildirib ki, qatarlar arasında təxminən 1000 metr məsafə olduğundan sərnişinlər və qatar heyəti üçün dərhal təhlükə yaranmayıb. Hadisə nəticəsində reyslərdə təxminən 90 dəqiqəlik fasilə yaranıb.

İnsident Krakov və Varşava arasındakı dəmir yolu hissəsində xidmətin müvəqqəti dayandırılmasına səbəb olub. Hazırda məsələni xüsusi dəmir yolu komissiyası araşdırır. Xidmət tam bərpa olunub.

Xəbər lenti

Xəbər lenti