Bakı. Trend:
Qəbələ şəhərində bağlı qapı arxasında köməksiz qalan uşaq xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirliyin “112" qaynar telefon xəttinə Qəbələ şəhəri, Muxtar Abdıyev küçəsində uşağın evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Cağırış üzrə cəlb olunan FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindəki mənzilə alpinist ləvazimatlarından istifadə etməklə pəncərədən daxil olaraq 2022-ci təvəllüdlü azyaşlını xilas ediblər.