Bakı. Trend:
İstanbul təmsilçisi İngiltərəli futbolçu Arçie Braunla 3+1 illik müqavilə imzalayıb.
Trend xəbər verir ki, "Fənərbaxça" 23 yaşlı sol cinah müdafiəçisinin keçidi üçün Belçikanın "Gent" klubuna 8 milyon avro transfer haqqı ödəyib.
Razılaşmaya əsasən, Braun növbəti transferindən "Gent" klubu da pay alacaq.
Qeyd edək ki, Arçie Braun ötən mövsüm "Gent"in heyətində 46 oyuna çıxaraq 3 qol vurub və 6 məhsuldar ötürmə edib.