Bakı. Trend:
İtaliyanın "Napoli" klubu "Liverpul"un tələb etdiyi yüksək məbləğə görə uruqvaylı hücumçu Darvin Nunyesin transferindən geri çəkilib.
Trend xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
Qeyd edək ki, Nunyes 2022-ci ildən "Liverpul"da çıxış edir. O, indiyədək Mersisayd təmsilçisinin heyətində 95 oyunda 25 qol vurub. Hücumçunun İngiltərə klubu ilə müqaviləsinin başa çatmasına iki il qalıb.