Bakı. Trend:
Bu il Qarabağ və Şərqi Zəngəzur regionunda da yerləşmə müəssissələri istifadəyə verilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən məlumat verilib.
Xatırladaq ki, Xankəndidə “Bulud”, “Səfalı”, “Şəfəq”, “Yurd”, “Qızıl Gül”, Xocavənddə “Xocavənd”, Ağdərədə “Ağdərə", “Riverside Hotel”, Laçında “Lachin Hotel & Resort”, Şuşada “Yasəmən Hotel” və Zəngilanda “Ağalı Hotel” 2025-ci ildə fəaliyyətə başlayıb.
Qeyd edək ki, bununla da bu il başlayandan Qarabağ və Şərqi Zəngəzur regionunda istifadəyə verilən yerləşmə müəssissələrinin sayı 11 olub.