...

Rəşad Nəbiyev Gürcüstanlı nazirlə BTQ dəmir yolu layihəsini müzakirə edib

İqtisadiyyat Materials 12 İyul 2025 10:22 (UTC +04:00)
Rəşad Nəbiyev Gürcüstanlı nazirlə BTQ dəmir yolu layihəsini müzakirə edib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Nazir Rəşad Nəbiyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüş keçirib.

Trend bu barədə RİNN-ə istinadən xəbər verir.

Bildirilib ki, görüşdə ölkələrimiz arasında nəqliyyat sahəsində mövcud əməkdaşlıq və gələcək perspektivlər, BTQ dəmir yolu layihəsinin tam fəaliyyətə başlaması üçün görüləcək işlər, avtomobil nəqliyyatı sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi məsələləri müzakirə edilib.

Eyni zamanda İKT, rəqəmsal transformasiya, süni intellekt və innovasiya sahələrində potensial əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti