Bakı. Trend:
Cari ilin yanvar-iyun aylarında Azərbaycanda 1 601 kiloqram qızıl istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, qızıl istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 597 kiloqram və ya 59,5% artıb. Ötən ilin birinci yarısında Azərbaycanda 1 004 kiloqram qızıl istehsal olunmuşdu.
Qeyd edək ki, cari ilin iyul ayının birinə ölkədə hazır qızıl ehtiyatının miqdarı 196,4 kiloqram olub.
Xatırladaq ki, ötən il Azərbaycanda 2 min 663 kiloqram qızıl istehsal edilib. Qızıl istehsalı əvvəlki ilin göstəriciləri ilə müqayisədə 97 kiloqram və ya 3,5% azalıb. Belə ki, 2023-cü ildə Azərbaycanda istehsal olunan qızılın həcmi 2 min 660 kiloqram olub.