...

Tramp ilk dəfə Ukraynaya hərbi yardım üçün əlavə vəsait ayırmağı nəzərdən keçirir

Dünya xəbərləri Materials 13 İyul 2025 02:24 (UTC +04:00)
Tramp ilk dəfə Ukraynaya hərbi yardım üçün əlavə vəsait ayırmağı nəzərdən keçirir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp ilk dəfə olaraq Ukraynaya hərbi dəstək məqsədilə əlavə maliyyə ayırmaq imkanını dəyərləndirir.

Trend-in məlumatına görə, bu barədə CBS telekanalı məlumat yayıb.

Məlumata əsasən, Tramp administrasiyası Co Baydenin prezidentliyi dövründən qalan vəsaitdən – təxminən 3,85 milyard dollardan istifadə edə bilər. Bu vəsait “Presidential Drawdown Authority” (PDA) mexanizmi çərçivəsində nəzərdə tutulub. PDA mexanizmi ABŞ prezidentinə fövqəladə vəziyyət zamanı Konqresin təsdiqi olmadan tərəfdaş ölkələrə silah və hərbi ləvazimat göndərmək imkanı verir.

CBS-in mənbələri hesab edir ki, bu vəsait Kiyevə hərbi yardım məqsədilə yönəldilə bilər və bu addım eyni zamanda Rusiyaya "siqnal" xarakteri daşıya bilər.

Bundan əlavə, Trampın ABŞ-də dondurulmuş təxminən 5 milyard dollarlıq Rusiya aktivlərini Ukraynaya ötürmək imkanını nəzərdən keçirdiyi ehtimal olunur. Lakin nə hazırkı prezident Co Bayden, nə də Tramp indiyədək bu varianta müraciət etməyib.

Xəbər lenti

Xəbər lenti