...

Çexiya 185 zirehli avtomobilin alınması üçün tender elan edib

Dünya xəbərləri Materials 12 İyul 2025 23:43 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çexiya Müdafiə Nazirliyi mühəndis qoşunları, tibb heyəti, istehkamçılar və hərbi polisin ehtiyacları üçün nəzərdə tutulan 185 ədəd zirehli avtomobilin alınması məqsədilə ümumi dəyəri 1,1 milyard dollar olan beynəlxalq tender elan edib.

Trend-in məlumatına görə, bu barədə Çexiya Müdafiə nazirinin müavini Frantişek Şults məlumat verib.

O bildirib ki, artıq 10-dan çox şirkət ilkin kvalifikasiya mərhələsində iştirak üçün müraciət edib. Tenderin tələblərinə əsasən, alınacaq zirehli nəqliyyat vasitələri 20 tona qədər ümumi çəkiyə malik MRAP sinifinə aid tam ötürücülü avtomobillər olmalıdır.

Avtomobillərin hər biri ya 10 nəfərlik heyəti, ya da 4 tona qədər yük daşımaq imkanına malik olmalıdır. Eyni zamanda, bu avtomobillərin uzaq məsafələrə daşınması üçün ABŞ istehsalı olan C-130 Hercules hərbi-nəqliyyat təyyarələrindən istifadə olunması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti