...

Azərbaycanda sürtkü yağları istehsalı 40%-dən çox azalıb

İqtisadiyyat Materials 12 İyul 2025 17:47 (UTC +04:00)
Azərbaycanda sürtkü yağları istehsalı 40%-dən çox azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 19,4 min ton sürtkü yağları istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,4 min ton və ya 40,1% azdır. Belə ki, ötən ilin birinci yarısında ölkədə 32,8 min ton sürtkü yağları istehsal olunmuşdu.

Bu ilin iyul 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 2,5 min ton təşkil edib.

Qeyd edək ki, hesabat dövründə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2,565 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2% azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti