...

Almaniya ordusu 2024-cü ildə silahlanmaya 31 milyard avro xərcləyib

Dünya xəbərləri Materials 13 İyul 2025 04:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bundesverin (Almaniya Silahlı Qüvvələri) Avadanlıq, İnformasiya Texnologiyaları və Texniki Dəstək üzrə Federal İdarəsinin rəhbəri Annet Lenik-Emden 2024-cü ildə Almaniya ordusunun yenidən silahlanma məqsədilə 31 milyard avrodan çox vəsait sərf etdiyini bildirib.

Trend xəbər verir ki, bunu Lenik-Emden Funke media qrupuna bildirib.

Lenik-Emden qeyd edib ki, yalnız ötən il təxminən 12 min satınalma müqaviləsi imzalanıb. Müqayisə üçün, 2021-ci ildə bu göstərici 17 milyard avrodan az idi. O əlavə edib: “Biz xərcləri və həcmi artırmağa davam edəcəyik”.

Federal İdarə rəhbəri prioritet istiqamətlər sırasında hava hücumundan müdafiə sistemləri və sursat təminatını göstərib.

Bununla belə, Almaniya Silahlı Qüvvələrinin maddi-texniki təchizatla bağlı problemlər yaşadığı da vurğulanıb. Quru Qoşunlarının müfəttişi, general-leytenant Alfons Mais bildirib ki, 2022-ci ildə ordunun modernləşdirilməsi üçün ayrılmış 100 milyard avroluq xüsusi fonda baxmayaraq, texnika sahəsində hələ də ciddi irəliləyiş müşahidə olunmur. General əlavə edib ki, Bundesver pilotsuz təyyarələrə qarşı müdafiə baxımından zəif qorunur.

Xəbər lenti

Xəbər lenti