Ağcabədi. Trend:
Ağcabədi rayonunda baş verən qəzada sürücü xəsarət alıb.
Trend-in yerli müxbirinin xəbərinə görə, hadisə ötən gecə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Yüksək sürətlə hərəkətdə olan "Lada" NIVA markalı avtomobil hərəkətdə olarkən sürücü idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli xəsarət alaraq Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.