...

Qarabağa səfərlərlə bağlı icazə müddətinin artırılması turizmə müsbət təsir edəcək - ŞƏRH

Turizm Materials 12 İyul 2025 09:25 (UTC +04:00)
Qarabağa səfərlərlə bağlı icazə müddətinin artırılması turizmə müsbət təsir edəcək - ŞƏRH
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Xəbər verdiyimiz kimi "Yolumuz Qarabağa” portalından əldə olunan icazənin müddəti 5 günədək artırılıb.

Bu turizmin inkişafına necə təsir edəcək?

Mövzu ilə bağlı Trend-ə açıqlama verən turizm eksperti Rəhman Quliyev bildirib ki, bu gün Azərbaycanda daxili turizmin inkişafı üçün mühüm addımlar atılıb.

Onun sözlərinə görə, hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına portal vasitəsilə 5 günlük icazənin verilməsi bölgədə böyük bir canlanmaya gətirib çıxaracaq. Bu gün yerli turistlər paytaxtdan və digər rayonlardan Qarabağ bölgəsinə gedən turistlərin sayında artım müşahidə olunur. Uzun illər işğal altında qalan ərazilərimizi yaxından görmək və dədə-baba yurdlarını ziyarət etmək məqsədilə səfərlər təşkil edirlər”.

“Həmin bölgədə turist sayı nə qədər çox olsa əhəmiyyətlidir. Bilirsiniz ki, azad olunan ərazilərdə müəyyən qədər köç olub. Turizmin inkişafı həmin insanların sosial rifahına xidmət edən addımdır. Həmin bölgədə portal vasitəsilə verilən icazənin müddətinin 5 günədək artırılması turizmin inkişafına öz töhfəsini verəcək. Hesab edirəm ki, gələcəkdə Bakı-Laçın-Bakı, Bakı-Füzuli-Bakı istiqamətində aviareyslərin mütəmadiləşdirmək lazımdır”-R.Quliyev bildirib.

Turizm eksperti Ceyhun Aşurov isə Trend-ə qeyd edib ki, bu addım turizmin inkişafına müsbət təsir edəcək:

“Xüsusilə tətilin olduğu yay mövsümündə Qarabağ istiqaməti populyar istiqamətlərdən biridir. İnsanlarımız azad olunmuş əraziləri görməyə can atırlar. Biz bunu sosial şəbəkələrdəki paylaşımlardan da görürük. Xüsusilə orta məktəblilər, tələbələr, ailələr üçün bu istiqamətə getmək bu çox yaxşı şərait yaradır”.

“Müddətin 5 günə qədər artırılması əlbəttə bu istiqamətə gedənlərin də sayına müsbət təsir edəcək. İnsanlar həmin ərazilərə getməklə torpaqlarımızı, şanlı tariximizi yaxından görmək imkanları qazanırlar. Xüsusilə tətil günlərində xaricdən gələn turistlərin sayında azalma olduğunu nəzərə alsaq, daxili turizmin aktivləşməsi üçün yaxşı addımlardan biridir”- C.Aşurov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti