...

ABŞ Ukraynaya 500 milyon dollarlıq hərbi yardım ayırdı

Dünya xəbərləri Materials 11 İyul 2025 22:57 (UTC +04:00)
ABŞ Ukraynaya 500 milyon dollarlıq hərbi yardım ayırdı

Bakı. Trend:

ABŞ Senatının Silahlı Qüvvələr Komitəsi Ukraynaya hərbi dəstək məqsədilə 2028-ci ilə qədər 500 milyon dollar vəsait ayrılmasına razılıq verib.

Trend-in məlumatına görə, bu barədə Komitənin yaydığı rəsmi sənədlərdə qeyd olunur.

Qeyd olunan məbləğ Komitə tərəfindən təsdiqlənmiş ABŞ-ın 2026-cı maliyyə ili üçün müdafiə büdcəsi layihəsinə daxil edilib.

Layihəyə əsasən, ABŞ Ukraynanın müdafiə qabiliyyətini möhkəmləndirmək məqsədilə bu ölkə ilə əməkdaşlığı genişləndirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti