...

Qısa müddət ərzində Qarabağda heyrətamiz dəyişikliklər baş verib - İrlandiyalı səyyah

Cəmiyyət Materials 12 İyul 2025 14:18 (UTC +04:00)
Qısa müddət ərzində Qarabağda heyrətamiz dəyişikliklər baş verib - İrlandiyalı səyyah
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Cəbrayıl. Trend:

Qısa müddət ərzində Qarabağda heyrətamiz dəyişikliklər baş verib.

Trend xəbər verir ki, bunu İrlandiyadan olan səyyah Devid Cozef Lanqan Cəbrayıla səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

“Burada olduğumuz müddətdə yeni şəhərlərin salınmasının şahidi olduq, bu böyük təəsürat doğurur. Qısa müddət ərzində belə heyrətamiz dəyişikliklərin olduğunu xüsusi olaraq vurğulamaq istərdim. Biz yenidən bura səfər etmək və bu diyarın bundan sonra necə inkişaf edəcəyini görmək istəyirik”, - deyə o bildirib.

O qeyd edib ki, mina təmizləmə prosesini müşahidə etməkdə son dərəcə maraqlı olub.

“Bu, həqiqətən də təsir edicidir”, – İrlandiyadan olan səyyah bildirib.

Qeyd edək ki, bu gün dünyanın müxtəlif ölkələrindən tanınmış səyyahlar Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər çərçivəsində Cəbrayıl şəhərinə gəliblər. 15 ölkədən olan 30 səyyahdan ibarət nümayəndə heyətinə “Most Traveled People” (MTP) klubunun təsisçisi, amerikalı Çarlz Veli rəhbərlik edir.

Səyyahlar Cəbrayıl şəhərinin mərkəzinə baş çəkiblər və burada onlara aparılan bərpa-quruculuq işləri barədə məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti