Bakı. Trend:
3 Avropa ölkəsinin (Böyük Britaniya, Fransa və Almaniya) İranın nüvə proqramı ilə əlaqədar sanksiya mexanizminin yenidən tətbiqi “Snapback” bu ölkələrin İranın nüvə proqramındakı rolunun sonu olacaq.
Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçi bu gün (12 iyul) Tehranda xarici diplomatlarla görüşündə deyib.
Onun sözlərinə görə, sözügedən ölkələr “snapback” mexanizmi istiqamətində addım atarlarsa, İranın nüvə proqramı ilə əlaqədar konfliktin həlli yenə də mürəkkəbləşəcək.
İranlı nazir deyib ki, “Snapback” mexanizmi bəlkə də İranın 3 Avropa ölkəsi tarixində heç vaxt silinməyəcək qara nöqtə ola bilər.
Qeyd edək ki, Hərtərəfli Birgə Fəaliyyət Planının 36 və 37-cü müddəalarına əsasən, plana üzv ölkələrdən birinin başqa bir tərəfin planı pozmağa dair şikayəti əsasında müxtəlif mərhələlər başlanır. Mərhələlər nəticəyə çatmadığı halda, şikayət edən ölkə məsələni BMT Təhlükəsizlik Şurasında irəli sürə bilər. İrandan şikayət BMT Təhlükəsizlik Şurasında irəli sürüldüyü və qəbul edildiyi halda, İran əleyhinə beynəlxalq sanksiyalar yenidən qüvvəyə minə bilər. Üstəlik BMT Təhlükəsizlik Şurası üzvlərinə İran əleyhinə hərbi əməliyyat icazəsi verir.