Bakı. Trend:
FIFA Klublararası Dünya Çempionatının finalında bu gün "Çelsi" və PSJ qarşılaşacaq
Trend xəbər verir ki, final oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Turnirin yarımfinal mərhələsində "Çelsi" Braziliyanın "Fluminense" klubunu 2:0 hesabı ilə məğlub edib. PSJ isə "Real Madrid"ə 4:0 hesabı ilə qalib gələrək finala yüksəlib.
Qeyd edək ki, bu görüş PSJ-nin tarixində ilk dəfə Klublararası Dünya Çempionatının qalibi olmaq şansı yaradır.