Bakı. Trend:
Sabirabad şəhərində yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Sabirabad şəhərində "Belarus" markalı traktorun qoşqusuna yığılan 2 ton ot bağlaması, 2 ədəd təkəri və yaxınlıqdan keçən elektrik kabeli 3 paq.m yanıb. Traktor, qoşqu və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.