...

Abşeronda sexdə yanğın olub (FOTO/VİDEO)

Hadisə Materials 13 İyul 2025 12:11 (UTC +04:00)
Abşeronda sexdə yanğın olub (FOTO/VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində sexdə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində sexin ərazisində hər birinin tutumu 200 litr olan 6 ədəd dəmir çəlləklərin içərisində həlledici qalıqları, 10 poqonometr elektrik kabeli, 20 ədəd taxta tara, ümumi sahəsi 1500 kvadratmetr olan birmərtəbəli toz boya istehsalı sexinin içərisində 2 kvadratmetr sahədə karton qutular yanıb.

Sex yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti