Bakı. Trend:
9 – 12 iyul 2025-ci il tarixlərində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında keçirilən qabiliyyət imtahanlarının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Apellyasiya komissiyası təşkil ediləcək.
Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, apellyasiya komissiyası 14 – 15 iyul 2025-ci il tarixlərində saat 09:00-dan 14:00-dək fəaliyyət göstərəcək.
Tarix |
Komissiyanın nömrəsi |
Fənn |
Ünvan |
14.07.2025 |
10-rəngkarlıq 12-heykəltaraşlıq |
rəsm |
Azərbaycan Dövlət Rəsamlıq Akademiyası, Heydər Əliyev prospekti 24 |
15.07.2025 |
11-qrafika |
rəsm |
Azərbaycan Dövlət Rəsamlıq Akademiyası, Heydər Əliyev prospekti 24 |
Apellyasiya komissiyasına müraciət etmək istəyən abituriyentlər şəxsiyyəti təsdiq edən sənədin əsli və imtahana buraxılış vərəqəsi ilə birlikdə şəxsən binaya yaxınlaşıb, ərizə yazmalıdırlar. Abituriyentlərin müraciətlərinə yerində baxılacaq.