...

İran nüvə silahı istehsal etmək istəsəydi, ən yaxşı bəhanəsi var idi – Nazir

Dünya xəbərləri Materials 12 İyul 2025 16:21 (UTC +04:00)
İran nüvə silahı istehsal etmək istəsəydi, ən yaxşı bəhanəsi var idi – Nazir
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran nüvə silahlarının istehsalı istiqamətində hərəkət etmək niyyətində olsaydı, hazırkı şərait bunun üçün ən yaxşı bəhanə idi.

Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçi bu gün (12 iyul) Tehranda xarici diplomatlarla görüşdə deyib.

Onun sözlərinə görə, İran öz nüvə proqramı haqda nigaranlığı olan ölkələrə onun dinc məqsədli olduğunu sübut etmək üçün lazım olan bütün istiqamətlərdə hərəkət edib. Çünki İranın nüvə proqramı dinc məqsədlidir və dinc məqsədli olaraq qalacaq.

Araqçi deyib ki, İran nüvə silahlarını qeyri-insani və qeyri-etik hesab edir.

Qeyd edək ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi 3 mart 2025-də AEBA Direktorlar Şurasının iclasında bildirib ki, İran 60%-ə qədər zənginləşdirilmiş uranın həcmini ötən rüblə müqayisədə 182 kiloqramdan 275 kiloqrama artırıb. İran uranı bu səviyyəyə qədər zənginləşdirən yeganə qeyri-nüvə silahı dövlətidir. Bu isə ciddi narahatlıq doğurur.

Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti