Bakı. Trend:
Melburnda polis oğurlanmış “Toyota HiAce” markalı mikroavtobusun sürücüsünü 7 saatlıq təqibdən sonra saxlayıb.
Trend-in məlumatına görə, bu barədə “Daily Mail” nəşri yazır.
Səhər saatlarında oğurlanan mikroavtobus Domen Tunelində digər avtomobillərlə toqquşaraq qəzaya uğrayıb. Qəza polisin diqqətini çəkib və avtomobilin sürücüsü saxlanmamaq üçün qaçmağa başlayıb.
Təqib zamanı şübhəli bir neçə nəqliyyat vasitəsinə çırpılıb, az qala onlarla avtomobillə toqquşacaqdı. Yolun kənarına çıxaraq yol nişanlarını dağıdıb. Sonda mikroavtobus hərəkətdə olarkən sürücü onu tərk etməyə cəhd göstərib, lakin polis maşını tərəfindən vurulub. Zərbə nəticəsində o, bir ayaqqabısını itirərək kapotun üzərindən yerə düşüb.
36 yaşlı kişi yüngül xəsarətlərlə saxlanılıb və hazırda polis nəzarəti altında xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır.