Bakı. Trend:
Suriyanın Hələb şəhəri yaxınlığında yerləşən silah anbarında baş verən güclü partlayış nəticəsində azı 5 nəfər həlak olub, daha 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Trend xəbər verir ki, hadisə Suriyanın əvvəllər hava hücumundan müdafiə məqsədilə istifadə olunan hərbi bazasında qeydə alınıb.
Partlayışın konkret səbəbi hələlik müəyyən edilməyib.