Bakı. Trend:
Azərbaycanın 16 yaşadək oğlanlardan ibarət basketbol yığması Avropa çempionatının C divizionunda 5-ci yer uğrunda mübarizəni davam etdirir.
Trend xəbər verir ki, milli komandamız bu gün 5–9-cu yerlər uğrunda qrup mərhələsinin üçüncü oyununda Malta yığması ilə qarşılaşıb. Görüş Azərbaycan komandasının 77:46 hesablı inamlı qələbəsi ilə başa çatıb. Komandamız hissələr üzrə üstünlüyü belə təmin edib: 11:11, 21:15, 23:11, 22:9.
Qeyd edək ki, millimiz sabah Moldova ilə həlledici qarşılaşmaya çıxacaq. Hər iki komandanın hesabında 6 xal var. Qalib gələn tərəf turniri 5-ci pillədə başa vuracaq.