...

Moskvada avtomobil insan izdihamına çırpılıb

Dünya xəbərləri Materials 12 İyul 2025 01:26 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada avtomobil insan izdihamına çırpılıb.

Trend xəbər verir ki, hadisə Berejkovskaya sahili yolunda baş verib.

Hadisə yerinə yol polisi və təcili tibbi yardım briqadaları cəlb olunub.

Məlumata görə, azı altı nəfər xəsarət alıb. Hadisəni törədən şəxs qəza yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti