...

Ukraynada uzaqmənzilli silah sistemlərinin yerləşdirilməsinin vaxtı açıqlanıb

Dünya xəbərləri Materials 12 İyul 2025 08:57 (UTC +04:00)

Bakı. Trend:

Almaniya ilə birgə həyata keçirilən layihə çərçivəsində Ukrayna Silahlı Qüvvələri iyul ayının sonunadək ilk uzaqmənzilli silah sistemlərini əldə edə bilər.

Trend-in məlumatına görə, bu barədə Almaniyanın Ukraynaya hərbi yardımın əlaqələndirilməsi üzrə işçi qrupunun rəhbəri, general-mayor Kristian Freydinq məlumat verib.

Hazırda Kiyevdə olan general bildirib ki, Almaniyanın maliyyələşdirdiyi müqavilə bir gün əvvəl imzalanıb.

“O, qeyd edib ki, təşəbbüs mayın sonunda başlanılıb və nəticədə Ukrayna Silahlı Qüvvələri artıq bu ayın sonlarında ilk uzaqmənzilli silah sistemlərinə sahib olacaq”, – Freydinq söyləyib.

General həmçinin vurğulayıb ki, Ukraynanın Rusiya ərazisində yerləşən anbarlara, komanda məntəqələrinə, aerodromlara və təyyarələrə zərbə endirə bilən silah sistemlərinə ciddi ehtiyacı var. Onun sözlərinə görə, Almaniya bu tip silahlarla Ukraynanı təmin etməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti