...

Azərbaycan müdafiə və xarici işlər nazirləri adından guya Belarus təyyarəsinin Rusiya hava məkanında vurulmasına dair açıqlama saxtadır

Siyasət Materials 12 İyul 2025 19:53 (UTC +04:00)
Azərbaycan müdafiə və xarici işlər nazirləri adından guya Belarus təyyarəsinin Rusiya hava məkanında vurulmasına dair açıqlama saxtadır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının müdafiə naziri və Azərbaycan Respublikasının xarici işlər naziri adından guya Belarus təyyarəsinin Rusiyanın hava məkanında vurulmasına dair “deep fake” texnologiyaları ilə hazırlanmış, heç bir reallığı əks etdirməyən açıqlama yayılmışdır.

Trend xəbər verir ki, bu barədə Azerbaycan Respublikasinin Medianin İnkisafi agentliyi məlumat yayıb.

Qeyd edirik ki, süni intellektin tətbiqi ilə yaradılmış bu saxta videogörüntülər ictimai rəyi çaşdırmağa yönəlmiş kobud informasiya manipulyasiyası nümunəsidir.

Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə etməyə çağırırıq.

Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, “deep feyk” texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik.

Xəbər lenti

Xəbər lenti