Bakı. Trend:
Cari ilin yanvar-iyun aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1,861 milyon və ya 2,6 faiz çox sərnişin daşınıb.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Bu nəqliyyat növü ilə yükdaşıma 8,4 faiz azalaraq 192 min ton olub.
Belə ki, ötən ilin eyni dövründə hava nəqliyyatı ilə 1,784 milyon sərnişin 197,5 min ton yük daşınmışdı.
Qeyd edək ki, hesabat dövründə ölkədə yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,8 faiz və 5,3 faiz artıb.
Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 116,4 milyon ton yük daşınıb. Yüklərin 4 faizi dəniz, 7,3 faizi dəmir yolu, 0,2 faizi hava, 60,1 faizi avtomobil nəqliyyatı, 28,4 faizi isə boru kəməri ilə daşınıb.