...

Azərbaycanda avtomobil benzini istehsalının həcmi açıqlanıb

İqtisadiyyat Materials 12 İyul 2025 15:05 (UTC +04:00)
Azərbaycanda avtomobil benzini istehsalının həcmi açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 676,1 min ton avtomobil benzini istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 39,2 min ton və ya 5,5% azdır. Ötən ilin birinci yarısında ölkədə 715,3 min ton avtomobil benzini istehsal olunmuşdu.

Bu ilin iyulun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 53 min ton təşkil edib.

Qeyd edək ki, hesabat dövründə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2,565 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2% azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti