...

Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi və silahı yerə qoyması ilə bağlı Türkiyə xalqını təbrik edib

Siyasət Materials 12 İyul 2025 21:20 (UTC +04:00)
Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi və silahı yerə qoyması ilə bağlı Türkiyə xalqını təbrik edib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi və silahı yerə qoyması ilə bağlı qardaş Türkiyə xalqını ürəkdən təbrik edib.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığı zamanı deyib.

Dövlətimizin başçısı bu mühüm hadisənin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkədə həyata keçirilən qətiyyətli siyasətin, güclü liderliyin, sarsılmaz iradənin, milli birliyin və həmrəyliyin parlaq təntənəsi olduğunu vurğulayıb.

Telefon danışığı zamanı Prezident İlham Əliyev "Terrorsuz Türkiyə" hədəfinə çatmaq yolunda atılan bu addımı regionda sülh və sabitliyə xidmət edən mühüm dönüş nöqtəsi kimi dəyərləndirib və qəbul edilmiş qərarın tam icrası istiqamətində Türkiyə dövlətinə və xalqına uğurlar arzulayıb

Xəbər lenti

Xəbər lenti