Bakı. Trend:
Almaniya ilə birgə layihə çərçivəsində Ukrayna iyulun sonuna kimi ilk uzaq mənzilli silah sistemlərini əldə edə bilər.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya Müdafiə nazirliyinin Ukraynaya yardım üzrə işçi qrupunun rəhbəri Kristian Freydinq bəyanat verib.
“Ukrayna silahlı qüvvələri ilk sistemləri artıq bu ay əldə edəcəklər. Onun ardınca hava hücumlarında müdafiə imkanlarını artıracaq sistemlərin üç rəqəmli miqdarda tədarükünə başlanılacaq”, -deyə o bildirib.
O iyulun 12-də Ukrayna müdafiə nazirliyi və ukrayna müdafiə sənayesi müəssisələri ilə müqavilənin bağlandığını xatırladıb.
Qeyd edək ki, daha əvvəl, iyulun 1-də Ukrayna üçün 1200 kilometrə qədər maksimal uçuş məsafəsinə malik 500 pilotsuz uçan aparatın istehsalının maliyyələşdirilməsi ilə bağlı Almaniya hökuməti və Kiyev arasında müqavilə imzlanıb.