...

AİB COP29-dan sonra tədbirlər planının gerçəkləşdirilməsində Azərbaycana dəstək göstərməyə davam edəcək

Yaşıl iqtisadiyyat Materials 11 İyul 2025 15:40 (UTC +04:00)
AİB COP29-dan sonra tədbirlər planının gerçəkləşdirilməsində Azərbaycana dəstək göstərməyə davam edəcək
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı COP29-dan sonra tədbirlər planının gerçəkləşdirilməsində Azərbaycan hökumətinə dəstək göstərməyə davam edəcək.

Trend bu barədə Asiya İnkişaf Bankının 2025-2029-cu illəri əhatə edən Azərbaycan Tərəfdaşlıq Strategiyasına istinadən xəbər verir.

AİB 2024-cü ildə COP29-a Azərbaycan sədrliyi çərçivəsində hökumətə texniki yardım göstərməyə davam edəcək. Bu yardım əsas danışıqlar mövzuları üzrə məsləhət xidmətləri və ekspert biliklərinin təqdim olunmasını, eləcə də şəffaflığa dair ilk İkiillik Hesabatın hazırlanmasını əhatə edəcək.

Bank COP29-dan sonrakı Fəaliyyət Planının icrasına dəstək verməklə yanaşı, Azərbaycanda karbon bazarının inkişafına da kömək göstərəcək. Bu tədbirlər eyni zamanda regional səviyyədə də AİB-in Mərkəzi və Qərbi Asiya üzrə İqlim Fəaliyyəti Yol Xəritəsi (2024) və CAREC İqlim Dəyişikliyi üzrə Fəaliyyət Planında (2024) qeyd olunan prioritetlərə uyğun şəkildə həyata keçiriləcək.

Bundan əlavə, AİB təbii fəlakətlər risklərinin azaldılması məqsədilə fəlakət risklərinin idarə olunması sisteminin gücləndirilməsinə, fövqəladə hallara hazırlığın artırılmasına, çoxşaxəli erkən xəbərdarlıq sistemlərinin yaradılmasına və fəlakət risklərinin idarə olunması tədbirlərinin maliyyələşdirilməsinə də dəstək verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti