...

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri məlum olub

Cəmiyyət Materials 11 İyul 2025 16:52 (UTC +04:00)
Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri məlum olub
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,5 faiz artaraq 6864,1 milyon manat olub.

Trend xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin 2025-ci ilin yanvar-iyun ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.

Bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 5173,3 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,4 faizini təşkil edib.

2025-ci ilin yanvar-iyun aylarında hər bir ölkə sakini orta hesabla 670,7 manatlıq və ya 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə nominal ifadədə 98,3 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti