Bakı.Trend:
Bu ilin 6 ayı ərzində “biletim.az” portalı vasitəsilə onlayn qaydada 337,321 bilet əldə edilib. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyədək çoxdur.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb
Ötən ilin 6 ayında qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 17% idisə, bu ilin müvafiq dövründə bu rəqəm 32.1%-ə çatıb. Bu da onun bariz göstəricisidir ki, sərnişinlərin avtovağzal xidmətlərinə inamı artmaqdadır.
Qeyd edək ki, “biletim.az” portalında 51 şəhər və rayona, 82 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 326 reys olmaqla 373 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.
Vətəndaşların daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaları üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.