...

Azərbaycanın futbol klubları avrokuboklarda 500-cü qolu vurdu

İdman Materials 11 İyul 2025 13:44 (UTC +04:00)
Azərbaycanın futbol klubları avrokuboklarda 500-cü qolu vurdu
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan klubları avrokuboklarda 500-cü qolu vurub.

Trend xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Qeyd edilib ki, yubiley qolu Avropa Liqasının I təsnifat mərhələsinin “Sabah” – “Çelye” matçına (2:3) təsadüf edib.

Bakı klubunun Sloveniya təmsilçisi ilə oyununa qədər Azərbaycan komandaları avrokuboklar tarixində keçirilən 470 matçda 499 qol vurmuşdu.

Bu qarşılaşmada hesabı açan Pavol Şafranko 500-cü qolun müəllifi olub.

Klublarımızın avrokuboklarda debütü 1994-cü ildə gerçəkləşib. Bu müddətdə komandalarımız Çempionlar Liqasında 122, Avropa Liqasında (əvvəlki UEFA Kuboku) 294, Konfrans Liqasında 64, İntertoto Kubokunda 19, Kuboklar Kubokunda 1 qol vurub. Ölkəmizin 21 klubu avrokubok həyəcanı yaşayıb.

Qeyd edək ki, təmsilçilərimizin Avropadakı ilk qolunun müəllifi Yadigar Süleymanov olub. “Kəpəz”in futbolçusu 1995-ci il avqustun 22-də Vyanada “Austriya”nın (1:5) qapısına yol tapıb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti