...

Türkiyədə güclü meşə yanğını başlayıb

Dünya xəbərləri Materials 12 İyul 2025 10:39 (UTC +04:00)
Türkiyədə güclü meşə yanğını başlayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Suriyanın Ləzkiyə bölgəsində meşəlik ərazidə baş verən yanğın, Türkiyənin cənub sərhədində yerləşən Hatayın Yayladağı rayonuna keçib.

Bu barədə Trend Türkiyə KİV-ə istinadla xəbər verir.

Günlərlə davam edən yanğın səbəbindən Yayladağı rayonu qatı tüstü bürüyüb. Sərhəd xətti boyunca davam edən və zaman-zaman Türkiyə tərəfinə keçən alovlara hal-hazırda müdaxilə edilməkdədir. Hadisə yerinə 180 texnika və 800 nəfər yanğınsöndürən səfərbər olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti