...

Azərbaycanda əmtəəlik qaz hasilatı 200 milyon kub-metrdən çox artıb

İqtisadiyyat Materials 11 İyul 2025 20:02 (UTC +04:00)
Azərbaycanda əmtəəlik qaz hasilatı 200 milyon kub-metrdən çox artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 19,342 milyard kub metr əmtəəlik qaz istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 201 milyon kub metr və ya 1,1% çoxdur. Keçən ilin yanvar-iyun aylarında Azərbaycanda 19,141 milyard kub metr əmtəəlik qaz istehsal olunmuşdu.

Bəhs olunan dövrdə ölkədə istehsal olunan qazın ümumi həcmi 24,989 milyard kub metr olub.

Qeyd edək ki, cari ilin birinci yarısında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 19,3 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,8 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti