Bakı. Trend:
İyulun 10-da 573 miqrant kiçik qayıqlarla La-Manş boğazını keçərək Britaniyaya qanunsuz yollarla daxil olub.
Trend xəbər verir ki, bu barədə xrici KİV-lər məlumat yayıb.
Məlumata görə, 10-dan çox qayığın hər birində orta hesabla 57 nəfər olub. Bununla da 2025-ci ildə Britaniyaya qeyri-qanuni yollarla gələn ümumi miqrant sayı 21 min 690 nəfərə çatıb.
Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 54 faiz, 2023-cü ilin bu mərhələsi ilə müqayisədə isə 65 faiz artım deməkdir.