Bakı. Trend:
Dağıstanın Məhərrəmkənd rayonunda bağırsaq infeksiyası ilə xəstəxanalara 372 nəfər müraciət edib. Bu təkcə son dörd gün ərzində qeydə alınan müraciətlərdir.
Trend xəbər verir ki, bu barədə Dağıstan Respublikasının Səhiyyə nazirliyi məlumat yayıb.
Məlumatda, 97 nəfərin stasionarlarda qaldığı deyilir. Zərərçəkənlərin 357-nin yetkinlik yaşına çatmamış sakinlər olduğu deyilir.
Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Xidmətinin respublika idarəsinin məlumatına görə, bağırsaq infeksiyası ocağının səbəbi su kəmərində baş vermiş iki qəza sonrası əhaliyə çatdırılan keyfiyyətsiz su ola bilər. Təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi ilə bağlı cinayət işi açılıb.