Bakı.trend:
Xaçmaz Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib
Bu barədə Trend-ə Xaçmaz Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, idarə,
müəssisə rəhbərlərinin, yerli icra nümayəndələri və bələdiyyələrin
iştirakı ilə vətəndaşların fərdi qaydada müraciət və təkliflərini
dinləyib.
Qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak edib.
Müraciətlər əsasən küçələrin asfaltlanması, məşğulluq və digər
sosial sahələri əhatət edib.
Səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb.
Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara
yönləndirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb, qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.