...

“Formula-1” yarışları və III MDB Oyunları ilə bağlı ehtiyat tədbirlərinin görülməsi üçün tapşırıq verilib

Cəmiyyət Materials 11 İyul 2025 17:28 (UTC +04:00)
“Formula-1” yarışları və III MDB Oyunları ilə bağlı ehtiyat tədbirlərinin görülməsi üçün tapşırıq verilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Azərbaycanda keçiriləcək qarşıdan gələn “Formula-1” yarışları və 3-cü MDB Oyunları ilə bağlı ehtiyat tədbirlərinin görülməsi haqqında tapşırıq verib.

Trend xəbər verir ki, bu barədə o, bu gün keçirilən geniştərkibli müşavirədə çıxış edərkən deyib.

Vüqar Qurbanov yarışların yalnız Bakıda deyil, eyni zamanda Gəncə, Mingəçevir və Sumqayıt şəhərlərində də keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.

O, müəssisə rəhbərlərinə ehtiyat tədbirlərinin görülməsi, əlavə növbətçilik qrafiklərinin tərtib olunması, yarış marşrutlarına uyğun təcili tibbi yardım dəstələrinin formalaşdırılması və ümumi hazırlıq vəziyyətinin operativ şəkildə təşkil edilməsi barədə tapşırıqlarını verdiyini diqqətə çatdırıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Calalov isə III MDB Oyunlarının Azərbaycanın səhiyyə sistemi üçün növbəti ciddi sınaq olacağını vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti