...

Birinci yarımildə ağ neft istehsalı 8%-dən çox artıb

İqtisadiyyat Materials 12 İyul 2025 15:51 (UTC +04:00)
Birinci yarımildə ağ neft istehsalı 8%-dən çox artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin birinci yarısında Azərbaycanda 337,8 min ton ağ neft istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 25,6 min ton və ya 8,2% çoxdur. Ötən ilin yanvar-may aylarında ölkədə cəmisi 312,2 min ton ağ neft istehsal olunmuşdu.

Bu ilin iyulun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 48,4 min ton təşkil edib.

Qeyd edək ki, hesabat dövründə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2,565 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2% azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti