Bakı. Trend:
Qarabağa, doğma yurdumuz Xocalıya qayıdışdan sevincli gün bizim üçün ola bilməz.
Bunu Trend-ə açıqlamasında Xocalı sakini Balakişiyeva Məhparə deyib.
Onun sözlərinə görə, bu günün gəlməsini çoxdandır ki, gözləyir.
"Allah Prezidentimizi var eləsin. Onun rəhbərliyi ilə gözəl Qarabağımız işğaldan azad edilib və biz bu gün doğma yurdumuza qayıdırıq.
Allah şəhidlərimizə rəhmət eləsin, analarına səbir, qazilərimizə cansağlığı diləyirəm", - deyə o qeyd edib.
Qeyd edək ki, 14.07.2025-ci il tarixindəki köç də nəzərə alınmaqla Xocalı rayonunun 4 yaşayış məntəqəsinə cəmi 327 ailə (1433 nəfər) köçürülüb.