Bakı. Trend:
Türkiyədə Beynəlxalq İstanbul Yelkən Həftəsi – optimist yelkən yarışları keçiriləcək.
Trend xəbər verir ki, İstanbul Yelkən İdman Klubu tərəfindən təşkil olunacaq tədbir yelkən həvəskarlarını və gənc idmançıları İstanbulun qəlbində bir araya gətirəcək.
İyulun 16-20-də keçiriləcək yarışda ölkəmizi Kamal Bəşirli, Vəlixan Nərimanzadə, Nurlan Ağazadə, Mikayıl Məmmədzadə və məşqçi Panagiotis Papadakis təmsil edəcəklər.