Bakı. Trend:
Ukraynaya silah tədarükü yaxın günlərdə rekord səviyyəyə çata bilər
Trend xəbər verir ki, bu barədə ABŞ senatoru Lindsi Qrem “CBS News” telekanalına verdiyi müsahibədə bildirib.
O, göndərilən silahların Ukraynanın özünü müdafiə etməsinə ciddi töhfə verəcəyinə inandığını vurğulayıb.
Senator, eyni zamanda Rusiyaya qarşı yeni sanksiyalar paketinin müəlliflərindən biri kimi bildirib ki, bu məhdudiyyətlər əsasən Çin, Hindistan və Braziliyaya tətbiq oluna bilər.