...

"Napoli" holland futbolçu üçün 31 milyon avro ödəyəcək

İdman Materials 14 İyul 2025 04:11 (UTC +04:00)
"Napoli" holland futbolçu üçün 31 milyon avro ödəyəcək

Bakı. Trend:

"Napoli" "Bolonya"nın mərkəz müdafiəçisi Səm Bekemeni transfer edəcək.

Trend xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Mənbəyə görə, Neapol klubu 26 yaşlı niderlandlı futbolçu üçün 31 milyon avro + bonuslar ödəyəcək.

Qeyd edək ki, Bekeme 2023-cü ilin yayından etibarən "Bolonya"da çıxış edir. O, klubun heyətində 80 oyun keçirib, 2 qol vurub və 3 assist edib.

Xəbər lenti

Xəbər lenti