...

Xocalıya yenidən ayaq basdığım üçün çox sevinirəm - İmanov Əli

Cəmiyyət Materials 14 İyul 2025 07:15 (UTC +04:00)
Xocalıya yenidən ayaq basdığım üçün çox sevinirəm - İmanov Əli
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Yenidən doğma Xocalıya ayaq basdığım üçün çox sevincliyəm.

Bunu Trend-ə açıqlamasında Xocalı sakini İmanov Əli deyib.

Onun sözlərinə görə, hər zaman torpaq həsrəti ilə yaşayıb.

"Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Allah Prezidentimizi qorusun. Məhz onun rəhbərliyi sayəsində torpaqlarımız işğaldan azad edilib və bu gün biz doğma yurda qayıdırıq", - deyə o bildirib.

Qeyd edək ki, 14.07.2025-ci il tarixindəki köç də nəzərə alınmaqla Xocalı rayonunun 4 yaşayış məntəqəsinə cəmi 327 ailə (1433 nəfər) köçürülüb.

Xəbər lenti

Xəbər lenti